Fiko iyun-iyul aylarında işə qayıtmağı planlaşdırır...

Fiko iyun-iyul aylarında işə qayıtmağı planlaşdırır...

...Sui-qəsd nəticəsində yaralanan Slovakiyanın baş naziri Robert Fiko iyun-iyul aylarında işə qayıtmağı planlaşdırdığını bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, onun sözlərini RİA Novosti sitat gətirir.

...Hər şey plana uyğun getsə, mən tədricən iyun-iyul aylarının əvvəlində işə qayıda bilərdim.

Fiko deyib bunu.

Baş nazir, onu vuran şəxsə nifrət etmədiyini də bildirib. Onun sözlərinə görə, sui-qəsd nəticəsində onun səhhətinə ciddi ziyan dəyib.

Xatırladaq ki, sui-qəsd mayın 15-də, o, Gandlovda hökumətin iclasından sonra ictimaiyyət qarşısına çıxan zaman törədilib.

Fikoya dörd güllə dəyib, onlardan biri onun qarnını deşib. Atəş açan şəxsin 71 yaşlı yazıçı və ədəbi klubun yaradıcısı Juraj Tsintula olduğu üzə çıxıb.

Onu 25 il ömürlük həbs cəzası gözləyir. Hazırda Fiko evdə reabilitasiya keçir, o, qoltuqaltı gəzir və artıq özünə baxa bilir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə