Cevdet Yılmaz Türkiyə-Özbəkistan biznes forumunda çıxış edib

Cevdet Yılmaz Türkiyə-Özbəkistan biznes forumunda çıxış edib

Türkiyәnin vitse-prezidenti Cevdet Yılmaz paytaxt Ankarada keçirilən Türkiyə-Özbəkistan biznes forumunda çıxış edib.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, Türkiyə ilə Özbəkistan arasındakı ticarət əlaqələrinə toxunan Cevdet Yılmaz deyib: "Ölkələrimiz arasında ticarət əlaqələri son illərdə sürətlə inkişaf edir və qardaşlığımıza əsaslanan əməkdaşlığımız daha da nəzərə çarpır".

Cevdet Yılmaz iki ölkə liderlərinin qarşıya qoyduğu 5 milyard dollarlıq ticarət həcmi hədəfinə nail olmaq üçün əzmlə çalışdıqlarını vurğulayıb.

“Türkiyə Özbəkistanın ən çox ixrac həyata keçirdiyi ölkələr arasında üçüncü, idxalda isə beşinci yerdədir. İkitərəfli ticarət qədər əhəmiyyət verdiyimiz başqa bir məsələ də investisiyaların artırılmasıdır. Özbəkistan iqtisadiyyatına qoyduğumuz investisiyalarımız 1,5 milyard dollara çatıb”,-deyә Cevdet Yılmaz vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə