Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qabar dağında gündəlik neft hasilatını 43 min 380 barrelə çatdıraraq Cümhuriyyət tarixində rekord qırdıqlarını söylədi. SİA bu barədə Türkiyə saytlarına istinad edir.
Nazirlər Kabinetinin iclasından sonra açıqlamalar verən R.T.Ərdoğan deyib: “Ölkənin yeraltı və yerüstü sərvətlərinin iqtisadiyyatın istifadəsinə verilməsində böyük irəliləyiş əldə etdik. “Türkiyə enerjidə tam müstəqil” şüarı ilə yoluna davam edir.
"Fatih” qazma gəmisi "Sakarya" qaz yatağında yeni kəşflər üçün “Göktepe-1” və “Göktepe-2” quyularında qazma işlərinə başlayıb.
Qabarda gündəlik neft hasilatını 43 min 380 barelin üzərinə çıxararaq Cümhuriyyət tarixində rekord qırdıq.
Türkiyə xəyanətkar terror hücumları səbəbindən on illərdir istifadə edə bilmədiyi qaynaqlardan artıq faydalanmağa başlayıb.
Terror bölgədə yer itirdikcə təkcə iqtisadiyyatımız deyil, həm də demokratiyamız güclənəcək, çiçəklənəcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB