Dövlət Dumasının deputatı və jurnalist Anatoli Vasserman Ukrayna prezidenti Vladimir Zelenskinin istefaya göndərilə biləcəyini bildirib. Ancaq bunun üçün müəyyən şərtlər lazımdır.
...Onun öldürülməsi ehtimalı həmişə olub, - deyən Vasserman izah edib ki, Ukrayna liderinin sıradan çıxarılması aspekti Amerika Birləşmiş Ştatlarında keçirilən prezident seçkilərinin nəticələri ilə bağlıdır. Deputat iddia edir ki, Ağ Evin 45-ci rəhbəri Donald Tramp qalib gələrsə, Zelenski narahat olmalıdır.
SİA-nın əldə etdiyi məlumata görə, bunu “Moskovski Komsomolets” yazır.
Qeyd edək ki, Ukrayna prezidenti Vladimir Zelenskinin səlahiyyət müddəti mayın 20-də başa çatıb. Beləliklə, o, ölkənin qanuni prezidenti olmaqdan çıxıb.
Ukrayna hakimiyyəti seçkilərin ləğvini hərbi vəziyyətin nəticəsi ilə izah edir, lakin rejimi tənqid edənlər əsl səbəbi liderin öz mövqeyindən qorxması hesab edirlər.
...Bu arada “Veçernaya Moskva” nəşrindən olan politoloq Dmitri Juravlevdən Zelenskinin nə qədər hakimiyyətdə qala biləcəyini öyrənib.
Ukrayna prezidentinin aparat rəhbərinin müavini İrina Mudraya bildirib ki, Vladimir Zelenskinin legitimliyi ilə bağlı ölkənin Konstitusiya Məhkəməsinə müraciət etməsi üçün heç bir əsas yoxdur.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB