Lavrov Burkina Fasoya müdafiə ilə bağlı hər şey verəcəklərini deyir...

Lavrov Burkina Fasoya müdafiə ilə bağlı hər şey verəcəklərini deyir...

Rusiya Burkina Fasoya əlavə olaraq hərbi məhsullar tədarük edəcək.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə çərşənbə günü, iyunun 5-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

Deyilənlərə görə, silahlar ölkənin müdafiə qabiliyyətini gücləndirmək üçün veriləcək.

SİA TASS-a istinadən xəbər verir ki, Rusiya bu Afrika ölkəsində hərbi təlimatçıların sayını da artıracaq.

Lavrov bildirib ki, bir gün əvvəl müdafiə nazirinin müavini Yunus-bek Yevkurov (İnquşetiyada doğulub, inquşdur-A.B.) Burkina-Fasoya səfər edib və orada rusiyalı təlimatçıların sayı artacağına söz verib.

...Biz müxtəlif sahələrdə qarşılıqlı faydalı, bərabərhüquqlu əməkdaşlıq potensialını açmağa davam edirik.

Bunu isə Lavrov deyib.

Burkina Fasoya ilk səfər etdiyini deyən, rusyalı nazir, ikitərəfli münasibətlərin yüksəlişindən danışıb.

Yeri gəlmişkən, 2023-cü ilin sonunda Rusiya səfirliyi 30 illik fasilədən sonra Burkina Fasonun paytaxtında fəaliyyətini bərpa edib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə