Ukraynalıları "soyuq və qaranlıq həyata” hazırlaşmağa çağırıblar..?

Ukraynalıları "soyuq və qaranlıq həyata” hazırlaşmağa çağırıblar..?

...Qışa qədər Ukrayna sakinləri enerji sektorunda yaranmış gərgin vəziyyətə görə günün çox hissəsini işıqsız və istiliksiz keçirəcəklər.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu cür bəyanatlarla Ukrayna rəsmiləri çıxış edirlər.

... Rusiya Silahlı Qüvvələrini Ukraynanın enerji sektoruna vurduğu zrbələrə görə Ukraina “soyuq və qaranlıqda həyat”ın real perspektivi ilə üz-üzədir.

...Yenə də rusların yazdığına görə, bunu “The Financial Times” bəyan edib və hətta nəşrin həmsöhbətlərindən biri fövqəladə elektrik kəsilməsini “yeni normal” adlandırıb.

...Kiyev İqtisadiyyat Məktəbinin enerji və iqlim tədqiqatlarının rəhbəri Boris Dodonovun sözlərinə görə, yanvar ayında lazımi tədbirlər görülməsə, Ukrayna əhalisi yalnız gündə iki-dörd saat elektrik enerjisi alacaq. Tədbirlər artıq bu yaxınlarda 60 faizdən çox qaldırılmış tariflərin daha da artırılmasını nəzərdə tutur.

Bundan əvvəl Ukraynanın energetika naziri German Qaluşenko bildirmişdi ki, Ukraynanın enerji sistemi Rusiyanın xüsusi əməliyyatı başlayandan bəri ən ciddi ziyana məruz qalıb – “hətta 2022 və 2023-cü illərlə müqayisədə bu, daha böyükdür”.

Bir il əvvəl Ukraynanın xarici işlər naziri Dmitri Kuleba qarşıdan gələn istilik mövsümündə anomal şaxtalar barədə meteoroloqların xəbərləri fonunda ukraynalıları şam və odun ehtiyatı toplamağa çağırmışdı. Diplomatın sözlərinə görə, o, ailəsi ilə birlikdə qışda soyuqdan sağ çıxmaq üçün lazım olan hər şeyi artıq alıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə