“Taliban” hərəkatının (Rusiya Federasiyasında qadağan olunmuş terror təşkilatı -?) nümayəndələri Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda iştirak etmək üçün Rusiyaya gəliblər.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri Əfqanıstanın Rusiya Federasiyasındakı səfirliyi yayıb. “Taliban” nümayəndə heyətinə əmək və sosial əlaqələr naziri Əbdül Manan Öməri başçılıq edir. O, bir neçə nəfərin müşayiəti ilə gəlib.
...Biz Rusiyaya gəlmişik!
Bunu diplomatik nümayəndəlikdən bildiriblər.
Öz növbəsində, Rusiya prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zamir Kabulov TASS-a bildirib ki, Əfqanıstanın Ticarət və Sənaye Palatasının rəhbəri də “Taliban” nümayəndə heyətinin tərkibinə daxil edilib.
...Bundan əvvəl Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bəyan etmişdi ki, Rusiya Əfqanıstanda hakimiyyətdə olan “Taliban”la tammiqyaslı əlaqələr qurmağa yaxındır.
Aprel ayında Rusiyanın “Taliban”ın terror təşkilatı statusunu ləğv etməyi planlaşdırdığı da bildirilmişdi.
...Bununla bağlı Xarici İşlər Nazirliyi və Ədliyyə Nazirliyi bu məsələ üzərində işləyir.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB