Ekoloji problemlər bəşəriyyətin ortaq problemidir və...

5 İyun Ümumdünya Ətraf Mühit Günü münasibətilə mesaj paylaşan R.T.Ərdoğan deyib...
Ekoloji problemlər bəşəriyyətin ortaq problemidir və...

Prezident Rəcəb Tayyib Ərdoğan daha yaşıl, daha təmiz Türkiyə üçün ölkə daxilində işləri sürətlə davam etdirdiklərini bildirib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

5 İyun Ümumdünya Ətraf Mühit Günü münasibətilə mesaj paylaşan R.T.Ərdoğan deyib: “Dünya qlobal istiləşmə, səhralaşma, biomüxtəlifliyin azalması kimi çox mühüm ekoloji fəlakətlərlə üz-üzədir.

Qlobal ekoloji problemlərin həlli ilə daha yaşana bilən və yaşıl dünya mümkündür.

Ekoloji problemlər bütün bəşəriyyətin ortaq problemidir və onların həlli beynəlxalq əməkdaşlıq tələb edir.

2022-ci ildən etibarən Dünya Ətraf Mühit Günü tədbirlərini keçirmək, ekoloji problemlər və proseslərə diqqət yetirmək üçün 5 iyun həftəsini Türkiyə Ətraf Mühit Həftəsi kimi qeyd etməyə başlamışıq.

Biz tullantıların idarə olunması, iqlimə uyğun texnologiya, enerji resurslarından istifadə, hava, su və torpağın keyfiyyətinin yaxşılaşdırılması, “Daha yaşıl, daha təmiz Türkiyə” üçün ölkə daxilində meşəsalma kampaniyaları və planlaşdırılan urbanizasiya ilə bağlı mühüm işləri sürətlə davam etdiririk.

İnsanların və ətraf mühitin sağlamlığının qorunmasında mühüm əhəmiyyət kəsb edən bərk tullantıların toplanması müəssisələri də bütün ölkədə genişləndirilib.

Təbii sərvətlərin qorunması üçün həyata keçirilən layihələr, planlaşdırılan urbanizasiya səyləri, ağaclaşdırma kampaniyaları və ətraf mühitin çirklənməsinin qarşısının alınmasını dəstəkləyirik.

“Türkiyə əsri”nin qurulması üçün qədim mədəniyyətimizdən ilham alan bir anlayışla ətraf mühitlə bağlı səylərimizi davam etdirəcəyik”.

Bütün xəbərlər Facebook səhifəmizdə