Ukrayna Rusiyanın bir milyard dollar dəyərində aktivlərinə həbs qoyub..?
Ukrayna polisi Rusiya ilə əlaqəli olduğu iddia edilən ümumi dəyəri 940 milyon dollardan (təxminən 83 milyard rubl-A.B.) az olan aktivlərə həbs qoyub.
SİA-nın əldə etdiyi məlumata görə, bu açıqlama ilə Ukrayna Milli Polisinin Strateji Təhqiqatlar Departamentinin rəhbəri Andrey Rubel çıxış edib.
Qeyd edilir ki, müsadirə edilən aktivlər arasında “Bell 427” helikopteri, “Gulfstream G650” təyyarəsi, 47 yük maşını və 55 minik avtomobili də var.
Onun sözlərinə görə, pul Ukraynanın ehtiyaclarına, o cümlədən silahlı qüvvələrin ehtiyaclarına yönəldilib.
... Avropa İttifaqında isə Ukraynaya kreditin verilməsi ideyası aktiv şəkildə müzakirə olunur ki, bu da Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlir hesabına ödəniləcək.
Deməli, bu arada Kreml bildirib ki, Brüsselin aktivlərlə bağlı istənilən qərarı, hətta vəsaitlərin çıxarılmasının azaldılmış variantı belə, Moskvanın cavabı ilə nəticələnəcək.
Əslində Kreml buna sərt cavab verəcəyini də gizlətmir.
...Ukrayna prezidenti Vladimir Zelenski isə 2024-cü ildə Rusiyanın Avropada dondurulmuş aktivlərindən 1,7 milyard avro alacağını hələ də gözlədiyini bildirib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB