...ABŞ Ukraynaya qoşun, müşavir və ya təlimçilər göndərməyəcək. SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə? bu barədə çərşənbə axşamı, iyunun 4-də ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan əmin edib.
Amerika rəsmisinin sözlərinə görə, ABŞ prezident administrasiyası Ukraynalılara təlim keçmək üçün əsgərlər, eləcə də hərbi məsləhətçilər və ya təlimatçılar göndərməyi planlaşdırmır.
Eyni zamanda, Sallivan bildirib ki, Amerikanın Ukraynaya verdiyi silahlar cəbhədəki vəziyyəti Ukrayna Silahlı Qüvvələrinin xeyrinə dəyişir. Onun sözlərinə görə, Ukrayna ABŞ yardımının göndərilməsinin gecikməsinə görə özünü “dərin çuxurda” tapıb..?
...Bu arada mənbələr iddia edir ki, NATO üzvləri Rusiya ilə birbaşa münaqişə vəziyyətində ABŞ qoşunlarının Avropada sürətli hərəkəti üçün quru dəhlizləri hazırlayır.
Bu plana görə, ABŞ qüvvələri əvvəlcədən müəyyən edilmiş beş limandan birinə enə bilər.
...Və yenə də bu arada, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov xəbərdarlıq edib ki, Ukrayna Silahlı Qüvvələrinin əcnəbi təlimatçıları vətəndaşlığından asılı olmayaraq, onlara Rusiya hərbçilərinin hücumlarından immunitetə malik deyillər.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB