SİA yerli mənbələrə istinadən xəbər verir ki, o, BMT-nin Nyu-Yorkdakı qərargah binasında jurnalistlərlə sonuncu dəfə görüş keçirib.
Qriffits BMT-nin Humanitar Məsələlərin Koordinasiya Ofisinə rəhbərlik etdiyi üç il müddətində Əfqanıstan, Suriya, Sudan, Ukrayna, Yəmən, Haiti kimi münaqişəli bölgələrə etdiyi səfərlərindən və vasitəçi kimi ən çətin böhranların həlli yollarında apardığı danışıqlardan bəhs edib.
O, BMT-nin humanitar diplomatiya və vasitəçilikdən istifadə ilə həll etdiyi konfliktli məsələlərdən, imza atdığı Qara Dəniz Yaşıl Təşəbbüsü barəsində danışıb və fəaliyyəti dövründə əldə oluna böyük naliyyətlər səbəbi ilə vəzifəsindən qürurla ayrıldığını bildirib: “Mən həyatımın çox hissəsini təkcə humanitar aləmdə iştirak edən insan kimi deyil, vasitəçi kimi keçirmişəm. Humanitar diplomatiya bizim üçün həm dünyaya yaxşılıq etmək üçün bir fürsətdir, həm də hər yerdə mövcud olması klassik siyasi diplomatiyanın yoxluğunu xatırladır. Dünyada humanitar ehtiyaclar sürətlə artır. Münaqişələr və iqlimin dəyişkənliyi səbəbi ilə ölkələrdə və ya regionlarda 300 milyon insanın humanitar dəstəyə ehtiyacı var. BMT planları çərvəsində 188 milyon insana köməklik göstərməyi hədəfləyir. Ötən müddət ərzində böyük nəticələr əldə olunsa da bu gün dünya yaşamaq üçün ən pis yerdir”, – Qriffits bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB