Sloveniya Fələstin dövlətçiliyini tanıdı

Sloveniya Fələstin dövlətçiliyini tanıdı

Sloveniya parlamenti Fələstinin müstəqilliyini tanıyıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə Sloveniyanın "RTVSLO" televiziya və radio şirkəti xəbər verib.

Məlumata əsasən, hakim koalisiyadan iştirak edən 53 deputatdan 52-si Fələstin dövlətinin müstəqilliyinin tanınmasının lehinə çıxış edib. İclasda müxalifət nümayəndələri iştirak etməyiblər.

Sloveniya BMT-nin 147-ci dövləti və Fələstini tanıyan onuncu Avropa İttifaqı ölkəsi oldu.

Səsvermədən əvvəl bir sıra prosedur məsələlərin geniş müzakirəsi aparılıb, müxalifətdən olan deputatlar prosesi ləngitməyə cəhd ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə