...Rusiya Təhlükəsizlik Şurasının katibi, Rusiya Federasiyasının keçmiş müdafiə naziri Sergey Şoyqu hərbi sənaye kompleksinin inkişafı üzrə işlərin koordinatoru təyin edilib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Vladimir Putin ən populyar silah növlərinin həcminin müəyyən edilməsini tələb edib.
...Məsələlər çox müxtəlifdir - istehsalın rentabelliyini nəzərə almalıyıq, Müdafiə Nazirliyinin müvafiq avadanlıq almasını təmin etməliyik - bizə bütün bu işlərin müstəqil koordinatoru lazımdır. Bu koordinator Təhlükəsizlik Şurasının katibi olacaq.
Rusiya lideri bildirib bunu.
...Qeyd edək ki, Şoyqu yenilənmiş hökumətə qatılmayıb. Putin onu Təhlükəsizlik Şurasının katibi və eyni zamanda hərbi-sənaye kompleksi üzrə komissiyada onun müavini təyin edib. Baş nazirin keçmiş birinci müavini, iqtisadi bloka nəzarət edən Andrey Belousov Rusiya Federasiyasının müdafiə naziri olub.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB