Nigeriyada mədən çöküb, azı 30 nəfər dağıntılar altında qalıb

Nigeriyada mədən çöküb, azı 30 nəfər dağıntılar altında qalıb

Nigeriyanın mərkəzində yeraltı qızıl mədəni çöküb. Nəticədə azı 30 şaxtaçı dağıntılar altında sıxışaraq qalıb.

SİA xəbər verir ki, bu barədə Nigeriyanın Dövlət Fövqəladə Hallar İdarəsi məlumat yayıb.

Məlumata görə, hadisə rayonun Qalkoqo kəndindəki yeraltı qızıl mədənində yağışın torpağı yumasından sonra baş verib. Altı mədənçi ağır yaralanıb, lakin təxliyə edilib. Qalan mədənçilərin xilasetmə işləri davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə