Ruslar indi də sürücü qıtlığı çəkirlər...

Ruslar indi də sürücü qıtlığı çəkirlər...

...Rusiya yük maşını sürücülərinin kəskin çatışmazlığı ilə üzləşib, onlarla böyük şirkət sürücüsüz qalıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, əmək haqqının aşağı olması, miqrantların xaricə axını və ehtiyat hissələrinin çatışmazlığı xeyli işçi çatışmazlığına səbəb olub.

Yük maşınlarının sürücüləri şikayət etdiyinə görə, işəgötürənlər maaşlarını 120 faiz artıracaqlarını vəd etsə də, sonda yalnız 50 faiz artımla razılaşıblar.

Belə ki, sürücülərə vəd edilən 220 min əvəzinə 150 ​​min maaş verilir.

Bu arada əksər sürücülər öz yük maşınlarında işləyir və öz vəsaitləri hesabına təmir edirlər. Buna görə də bəzən maaşın demək olar ki, hamısı maşının təmirinə və işlək vəziyyətdə saxlanmasına sərf olunur.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə