Ukraynadakı istənilən fransız hərbi qulluqçusu, istər təlimatçı, istərsə də muzdlu statusunda olsun, Rusiya üçün qanuni hədəfdir.
SİA TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
Bundan əvvəl Fransa prezidenti Emmanuel Makron bildirib ki, Rusiya müdafiə xəttini yarıb keçərsə və Kiyevdən belə bir tələb gələrsə, o, Ukraynaya qoşun yeritməyə icazə verəcək.
Eyni zamanda, Fransa Hərbi Dəniz Qüvvələrinin keçmiş polkovniki Pere de Yonq mediaya bildirib ki, fransalı hərbi təlimatçılar, eləcə də hərbi texnikaya xidmət göstərən personal hazırda qeyri-rəsmi olaraq Ukraynadadır.
Onun sözlərinə görə, bu həftə Parisin Ukraynaya təlimatçılar göndərməsi ilə bağlı rəsmi açıqlama verilə biləcəyi və Ukrayna Silahlı Qüvvələrinin əsgərlərinin hazırlığının daha da genişlənəcəyi gözlənilir.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB