Qazaxıstan Ukrayna sülh sammitində iştirak edə bilər

Qazaxıstan Ukrayna sülh sammitində iştirak edə bilər

Qazaxıstan Xarici İşlər Nazirliyinin nümayəndəsi Aybek Smadiyarov Qazaxıstan nümayәndә heyәtinin İsveçrədə keçiriləcək Ukrayna sülh sammitindә iştirak edә bilәcәyini deyib.

SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Aybek Smadiyarov administrasiyanın hələ qərar vermədiyini, qərarların qəbulunda digər beynəlxalq hadisələrin və respublikanın rəsmi mövqeyinin rol oynayacağını bildirib.

“Qazaxıstan BMT Nizamnaməsinin prinsiplərini dəstəkləyir və hesab edir ki, bu prinsiplər bütün növ münaqişələrdə tətbiq edilməlidir”, - deyən nümayəndə əsas prinsipin bütün dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət etmək olduğunu xatırladıb.

İyunun 15-16-da İsveçrədə Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə sülh sammiti keçiriləcək. Sammitə 100-dən çox dövlətin nümayəndəsi dəvət olunub, onlardan 50-yə yaxını iştirak edәcәyini təsdiqləyib. Rusiya sammitə dəvət edilməyib. Çin və Səudiyyə Ərəbistanı sammitdә iştirak etməyəcəklərini açıqlayıblar. Hər iki ölkə Rusiyanın sammitdə təmsil olunmamasından narahat olduqlarını bildiriblər. Çin Xarici İşlər Nazirliyi sammit üçün təklif olunan şərtlərin Pekinin gözləntilərinə cavab vermədiyini qeyd edib.

Sammitdә Rusiya ilə yaxşı münasibətləri olan Hindistan da iştirak edəcək. Hindistanın baş naziri Narendra Modi mayın 20-də keçiriləcək sammitdә yüksək səviyyəli nümayəndə heyətinin iştirak edəcəyini təsdiqləyib. Lakin yerli media orqanlarının iyunun 3-də yaydığı mәlumatda Hindistanın Xarici İşlər Nazirliyinin ölkənin iştirak səviyyəsi ilə bağlı hələ qərar vermədiyini və Modinin sammitdə iştirak edib-etməyəcəyinin bəlli olmadığını bildirdi.

Modi həmçinin Hindistanın İsveçrədəki sülh sammitindən əvvəl İtaliyada keçiriləcək G7 sammitində iştirak edəcəyini təsdiqləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə