Gürcüstan hökuməti “Covid-19” pandemiyası zamanı karantin rejimi qaydalarını pozduqlarına görə vətəndaşlara yazılan cərimələri siləcək. Bu amnistiya iki minə yaxın vətəndaşa şamildir.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze məlumat verib.
Onun sözlərinə görə, 1855 fiziki və 38 hüquqi şəxs pandemiya ilə bağlı cərimələrdən azad olunacaq. Ümumi məbləğ 5,6 milyon lari, təxminən 2 milyon dollardır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB