...İyunun 15-16-da İsveçrədə Ukrayna ilə bağlı keçiriləcək konfransın məqsədi Rusiyanı gələcək danışıqlara cəlb etmək olacaq.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Bloomberg sammitin yekunlarına dair sənəd layihəsinə istinadən bildirib. Agentlik yazır ki, layihədə nüvə və ərzaq təhlükəsizliyi, habelə hərbi əsirlərin mübadiləsi kimi sahələr qeyd olunur. Aydınlaşdırılır ki, münaqişənin həllində bütün tərəflər iştirak etməlidir.
...Biz Rusiya Federasiyasının nümayəndələrinin gələcəkdə də cəlb edilməsi ilə yuxarıda qeyd olunan sahələrdə etimadın möhkəmləndirilməsinə xidmət edə biləcək konkret addımlar atmağa razılaşdıq.
Mətndə belə deyilir.
Bundan əlavə, qeyd olunur ki, danışıqlar zamanı bu dəyişdirilə bilər.
Bu arada Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Rusiyanın iştirakı olmadan Ukraynada sülhə nail olmaq üçün edilən bütün cəhdlər vaxt itkisidir.
Peskovun sözlərinə görə, buna görə də Rusiya Ukrayna ilə bağlı sammitdə iştirakdan imtina edən Çinin mövqeyini dəstəkləyir, çünki orada münaqişənin bütün tərəfləri bərabər şəkildə təmsil olunmayacaq.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə