Ukraynaya xarici təlimatçı adı altında gələnlər artıq xüsusi hərbi əməliyyat zonasına çatmaqdadırlar.
Bu arada Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov xəbərdarlıq edib ki, rus hərbçilərinin onlara qarşı hücumlarına qarşı immunitet-filan yoxdur.
Belə ki, xüsusi hərbi əməliyyat zonasında digər dövlətlərin təlimatçılarının olmasını şərh edən Kreml spikeri vurğulayıb ki, “onların fransız olub-olmamasının fərqi yoxdur”.
...Döyüşlər Rusiya xüsusi hərbi əməliyyat zonasının Ali Baş Komandanın müəyyən etdiyi məqsəd və vəzifələrə uyğun olaraq davam etdirilir. (Yəni öldürülən ya ukraynalı olsun, ya da fransız, ruslar üçün elə də bir önəm kəsb etmir-A.B.)
Eyni zamanda, Ukrayna rejiminin hərbçilərinin təlimi ilə məşğul olan hər hansı təlimatçının heç bir immuniteti yoxdur.
Qeyd etdiyimiz kimi, TASS bunu Peskovdan sitat gətirir.
...Bir müddət əvvəl “The Washington Post”un köşə yazarı Li Hokstader xəbərdarlıq etmişdi ki, Rusiya prezidenti Vladimir Putin fransalı həmkarı Emmanuel Makronun Ukraynaya hərbi təlimatçılar göndərmək qərarına cavab olaraq hərəkətə keçə bilər.
Jurnalistin fikrincə, Rusiya hakimiyyəti Rusiyaya qarşı ən aqressiv Qərb liderlərindən birinə çevrilmiş Makronu alçaltmaq üçün bunu edə bilər.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB