Rusiya prezidenti Vladimir Putin fransalı həmkarı Emmanuel Makronun Ukraynaya hərbi təlimatçılar göndərmək qərarına cavab olaraq addım ata bilər.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu fikri “The Washington Post”un köşə yazarı Li Hokstader bildirib. …Ən sarsılmaz şey əvvəldən Qərb qoşunlarının yerləşdirilməsinə qadağa qoyulması idi. Bununla belə, əvvəllər eskalasiya ilə bağlı sərt məhdudiyyətlər Ukraynanın sağ qalmasını təmin etmək maraqları naminə ləğv edilib, yəni bu fundamental qadağa həmişəkindən daha kövrək görünür..
Deməli, köşə yazarı Li Hokstader yazır bunu.
…Artıq bir müddət bundan əvvəl də deyildiyi kimi, Fransa hərbi təlimatçıların göndərilməsi imkanını nəzərdən keçirib, Amma unutmaq lazım deyil ki, Moskva da bu fransız təlimatçılarına xüsusi zərbə endirmək qərarına gələ bilər.
Bunu deyən Hokstader hesab edir ki, Rusiya hakimiyyəti Rusiyaya qarşı ən aqressiv Qərb liderlərindən birinə çevrilmiş Makronu alçaltmaq üçün bunu edə bilər.
Xatırladaq ki, mayın 27-də Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sirski fransalı hərbi təlimatçıların Ukraynadakı təlim mərkəzlərinə qanuni səfər edə biləcəkləri sənədləri imzalayıb.
Bu arada Rusiya lideri Vladimir Putin, Ukraynada artıq yüksək dəqiqlikli silahlara xidmət edən qərbli muzdlu əsgərlər şəklində təlimatçıların olduğunu qeyd edib. Maraqlıdır ki, Vladimir Vladimiroviç onların artıq itki verdiklərini də dilə gətirib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB