İzmir sahillərində 101 qeyri-qanuni miqrant saxlanılıb

Türkiyənin İzmir vilayəti sahillərində 100-dən çox qeyri-qanuni miqrant saxlanılıb. SİA xəbər verir ki, bu barədə Türkiyə Sahil Mühafizə Komandanlığından bildirilib.

Urla və Çeşmə rayonlarında iki rezin qayıqda 21-i uşaq olmaqla 101 qeyri-qanuni miqrant Türkiyənin ərazi sularından sahilə çıxarılıb.

Saxlanılanlar əməliyyatın ardınca Miqrasiya İdarəsi Müdirliyinə göndərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə