Bu, genişmiqyaslı silahlı eskalasiyaya səbəb olacaq
...İsrailin Suriyanın Hələb ətrafına endirdiyi hava zərbələri Suriyanın suverenliyini və beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır.
SİA-nın əldə etdiyi məlumata görə, Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, Rusiya Təl-Əvivin təcavüzkar hərəkətlərini qəti şəkildə pisləyir.
Moskva vurğulayıb ki, hazırkı gərgin vəziyyətdə bu cür zorakı hərəkətlər son dərəcə təhlükəli nəticələrə gətirib çıxara və genişmiqyaslı silahlı eskalasiyaya səbəb ola bilər.
Rusiya Xarici İşlər Nazirliyi İsrail rəhbərliyini bu çirkin təcrübədən əl çəkməyə çağırır. Bu, bütün Yaxın Şərqdə vəziyyətin idarəolunmaz destabilizasiyası ilə doludur.
Qeyd edək ki, İsrail aviasiyası iyunun 3-də gecə yarısından sonra Suriyanın ikinci böyük şəhəri Hələbin ətrafına zərbələr endirib.
Hücum çoxlu sayda ölü və yaralı ilə nəticələnib, xeyli maddi ziyana səbəb olub.
Bundan əvvəl İsrail Hərbi Hava Qüvvələri Tartus əyalətinin Baniyas şəhərində yaşayış binasını atəşə tutub. İki yaşlı qız həlak olub, çoxlu sayda mülki şəxs yaralanıb.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB