...Ufada “LoKotiki” heyvan sığınacağı tamamilə yanıb.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə onun təsisçisi Lyubov Lokotko sosial şəbəkələrdə xəbər verib.
Qadın yazıb ki, sığınacaqda yaşayanların hamısı ölüb.
Dediyinə görə, bina Ulyanov küçəsində ritual məhsulları olan anbarın yaxınlığında yerləşirmiş. Orada yanğın başlayıb, daha sonra yanğın “LoKotikov” binasına keçib.
Hazırad hadisənin səbəbləri müəyyənləşdirilir.
...Ümumi sahədə 250 kv.m sahədə məmulatlar və dam örtüyü yanıb. Amma yanğının geniş əraziyə yayılmasına imkan verilməyib.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin rayon şöbəsindən məlumat verilib.
Xatırladaq ki, Ufada mayın 26-da Drujnaya küçəsində yerləşən “Berloqa” it sığınacağı yanıb.
Qeyd edək ki, həmən vaxt 2 it ölsə də, lakin 13 it xilas edilmişdi.
...Fövqəladə Hallar Nazirliyi yanğının yandırma nəticəsində baş verdiyini bildirib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB