...49 yaşlı Aleksey Lazarev Volqoqradda yoxa çıxıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri “V1.ru” yayıb.
Deməli Lazarev, yaxınlıqdakı mağazadan paltar almaq üçün evdən çıxıb, lakin kişi bir daha geri qayıtmayıb.
İyunun 2-dən telefon zənglərinə cavab vermir. İtkin düşən şəxsin anası polisə müraciət edib.
Lazarev evdən çıxarkən arvadına şortik alıb və tez evə qayıdacağını deyib.
Ertəsi gün kişi təyin olunmuş vaxtda tikintidə olmaq üçün işə erkən qalxmalı imiş. Qeyd edək ki, Lazarev rayonda inşaatçı işləyir. Lakin kişi geri qayıtmayıb.
Aleksey evdən gedərkən özü ilə mobil telefonunu və pul kartını da götürüb. O, kartdan 150 rubl çıxara bilib.
Ailənin başqa təfərrüatları yoxdur.
Hazırda polis axtarışa başlayıb. Könüllülər də hüquq-mühafizə orqanlarına kömək edirlər.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB