Müxalifət və müstəqil deputatlar Zurabişvilinin xartiyasını imzalayıblar...
...Ölkə prezidenti Salome Zurabişvilinin “Gürcüstan xartiyası”nı 17 müxalifət partiyası və 5 müstəqil deputat imzalayıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “İnterfaks” xəbər verir.
Qeyd olunur ki, sənədi imzalayanlar arasında ən böyük müxalifət partiyası olan Vahid Milli Hərəkat da var.
...Deməli, Zurabişvili xartiyası Gürcüstanın avropapərəst kursu ideyasını bölüşən siyasi qüvvələrin birləşməsini bəyan edir. Onun iştirakçıları 2024-cü ilin oktyabrında keçiriləcək parlament seçkilərində qalib gəldikdən sonra bir neçə ay ərzində həqiqətən azad və ədalətli keçiriləcək növbədənkənar parlament seçkilərini elan etməyi öhdələrinə götürürlər.
Bundan əlavə, xartiya Gürcüstanın avropapərəst kursuna xələl gətirən qanunların və ilk növbədə “Xarici təsirin şəffaflığı haqqında” qanunun ləğvini, məhkəmə sistemində islahatları və hüquq-mühafizə orqanları, habelə Mərkəzi Seçki Komissiyasının aparatının formalaşdırılmasında dəyişiklikləri nəzərdə tutur.
Xatırladaq ki, mayın 14-də Gürcüstan parlamenti xarici agentlərlə bağlı qalmaqallı qanun qəbul edib. Onu təkcə ölkə daxilində deyil, xaricdə, xüsusən də Qərbdə tənqid ediblər. Onlar qanunun Tbilisini Avropa İttifaqından uzaqlaşdıracağını iddia edib və sanksiyalarla hədələyiblər. Mayın 18-də Zurabişvili veto qoysa da, mayın 28-də parlament bunu ləğv etdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB