“Mən, Ukraynanın Rusiya ilə müharibədə qalib gələcəyinə əminəm”

Admiralın fikrincə, Rusiya Federasiyası Ukraynada uğursuzluq yaşayır..?
“Mən, Ukraynanın Rusiya ilə müharibədə qalib gələcəyinə əminəm”

...Ukrayna Rusiyanın ona qarşı açdığı müharibədə qalib gələcək!

SİA-nın əldə etdiyi məlumata görə, bunu Britaniya Silahlı Qüvvələrinin komandanı admiral Toni Radakin böyük əminliklə bildirib.

Qeyd edək ki, admiral, bu barədə Sky News-a müsahibəsində danışıb.

Deməli, ingilis admiralın sözlərinə görə, Rusiya qoşunlarının Xarkov vilayətində hücumu bərpa etməsinə və cəbhənin müəyyən sektorlarında irəliləməsinə eləcə də əlavə ərazilərin ələ keçirilməsinə baxmayaraq, Rusiya Federasiyası Ukraynada uğursuzluq yaşayır.

…Rusiya quruda taktiki irəliləyişlər edir. Ancaq 2022-ci ilin martına qayıtsanız, o vaxt Rusiya Ukraynanın təxminən 17 faizini işğal etmişdi. Bu gün bu 11 faiz təşkil edir. Buna görə də Rusiya hələ də kəsirdədir.

Britaniya ordusunun komandanı bildirib bunu.

Qeyd edilməlidir ki, Ukraynanın qalib gələcəyinə əmin olub-olmadığını soruşduqda, hərbçi “mən buna tam əminəm” deyib.

Radakin həmçinin Rusiyanın genişmiqyaslı təcavüzünə qarşı mübarizədə Ukraynaya dəstəyin davam etdirilməsinin vacibliyini də qeyd edib.

…İyunun sonuna qədər Rusiya ölən və yaralananlarla 500 min insan itirəcək. O vaxt Putinin sözlərinə görə, üç gün davam etməli olan müharibədən artıq 800 gün keçib. Bu, Ukrayna üçün çətindir, lakin biz dəstəyimizi davam etdirməliyik.

Bunu da admiral vurğulayıb.

O, Rusiya lideri Vladimir Putinin NATO ilə birbaşa toqquşma və nüvə müharibəsi istəmədiyi fikrini də ifadə edib.

…Putin NATO ilə müharibə istəmir, o, nüvə müharibəsi istəmir. Biz isə NATO-nun gücü sayəsində böyük üstünlüyə sahibik.

Bunu da Radakin bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə