Rusiya XİN britaniyalılara qarşı sanksiyalar tətbiq edib

Rusiya XİN britaniyalılara qarşı sanksiyalar tətbiq edib

Rusiya Böyük Britaniyadan olan siyasətçilərə, analitiklərə və jurnalistlərə qarşı sanksiyalar tətbiq edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Xarici İşlər Nazirliyi məhdudiyyətlərin Britaniya rəsmilərinin təxribatçı anti-Rusiya ritorikası ilə əlaqədar yarandığını izah edib.

...Londonun Ukraynanın gələcək hərbi inkişafı istiqamətində atdığı əməli addımlar Britaniya rəhbərliyinin ölkəmizlə sərt sistemli qarşıdurmanı davam etdirmək əzmində olduğunu göstərir.

Bunu Rusiya Xarici İşlər Nazirliyi vurğulayıb.

Bundan əlavə, bəyanatda bildirilir ki, Moskva Londonu Kiyevə hərbi səviyyədə dəstəyi dayandırmağa çağırır.

Digər təfərrüatlar barədə məlumat verilmir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə