İnsan orqanlarının alveri ilə məşğul olan qrup...

İnsan orqanlarının alveri ilə məşğul olan qrup...

Ukraynada müstəntiqlər insan orqanlarının ixracı və satışı ilə bağlı irimiqyaslı sxemin üstünü açıblar.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Ukraynanın “Strana” nəşri xəbər verir ki, cinayətkar qruplaşmada 11 nəfər iştirak edib.

Nəşrin mənbələrinin məlumatına görə, qruplaşmada adı hələ də gizli saxlanılan Ukrayna səhiyyə nazirinin keçmiş müavini də var.

Cinayət işində Mərkəzi Kiyev Xəstəxanasının və bir neçə başqa klinikanın həkimləri də iştirak edirmiş.

İstintaqın məlumatına görə, köməksiz vəziyyətdə olan şəxslərin orqanları çıxarılıb. Daha sonra biomateriallar xaricə ixrac edilib.

Cinayətkar qrupun üzvlərini 12 ilə qədər həbs gözləyir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə