Cozep Borrell Ukrayna sülh sammiti ilə əlaqədar çağırış edib

Cozep Borrell Ukrayna sülh sammiti ilə əlaqədar çağırış edib

Avropa İttifaqının (Aİ) xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrell İsveçrədə keçiriləcək Ukrayna sülh sammiti ilə əlaqədar beynəlxalq ictimaiyyətə çağırış edib.
SİA-nın əldə etdiyi məlumata görə, rəsmi internet səhifəsində paylaşım edən Cozep Borrel iyunun 15-16-da İsveçrədə keçiriləcək Ukrayna sülh sammitinə qatılacağını bildirib.
"İndi hərəkət etmək vaxtıdır. Hamımız daha çox şeyi daha sürətli etməliyik'',-deyə Cozep Borrell qvurğulayıb.
Qeyd edək ki, Amerika Birləşmiş Ştatları (ABŞ) prezidenti Co Baydenin seçki kampaniyasına görə sammitdə iştirak edə bilməyəcəyi ilə bağlı şayiələr yayılıb. Avropa İttifaqı daha əvvəl verdiyi açıqlamada sammiti “Ukraynada ədalətli sülh üçün yeganə qanuni təşəbbüs” adlandırıb və geniş iştirakın təmin edilməsinin vacibliyini vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə