İndoneziyanın Şimali Maluku əyalətindəki İbu vulkanı kül və qum püskürüb.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, İndoneziya Geologiya İdarəsinin rəsmilərindən Məhəmməd Vafid İbu vulkanında baş verən partlayışla bağlı açıqlama verərək deyib: “6 dəqiqədən çox davam edən partlayış nəticəsində vulkan təxminən 7 min metr hündürlüyə kül və qum səpib”.
Yerli hakimiyyət orqanları sakinlərə açıq hava fəaliyyəti ilə məşğul olmamaq və mühafizə olunan qapalı ərazilərdə qalmaq barədə xəbərdarlıq edib.
Xatırladaq ki, mayın 27-də İbu vulkanının püskürməsi nəticəsində yayılan kül buludları ətraf kəndlərə qədər yayılıb. 2024-cü ilin əvvəlindən təxminən 95 dəfə püskürən İbu vulkanının aktivlik səviyyəsi mayın 16-dan etibarən daha da artıb.
Qeyd edək ki, "Sakit okean od halqası" - zəlzələ və vulkan qurşağında olan İndoneziyada təxminən 130 aktiv vulkan var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB