...Ukraynanın Lvov vilayətində ərazi işə qəbul və sosial dəstək mərkəzinin avtomobili velosiped sürən kişini vurub. SİA bu barədə rus saytlarına istinad edir.
Kadrlarda velosiped sürən kişi və qara mikroavtobusun ona yetişdiyi görünür. Velosipedçiyə çatan avtomobil qəfildən onun yolunu kəsir və kişi ikitəkərli “maşını” ilə birlikdə yerə yıxılır. Bu zaman mikroavtobus özü də yolun kənarındakı dərin xəndəyə sürüşür. Təqib bununla bitmir. Velosipedçi ayağa tullanır və qaçmağa başlayır. Maşından düşən hərbi komissar ona çatmağa çalışsa da, piyada idmançıya yetişə bilməyəcəyini tez anlayıb dayanır.
Nəsə başa düşdünüzmü..?
Deməli, mayın sonunda Lvov ərazi işə qəbul və sosial dəstək mərkəzinin əməkdaşı Vladimir Qrenyuxun dediyinə görə, çağırış vərəqəsi alan kişilərin yalnız 2 faizi könüllü olaraq şağırış məntəqəsinə gəlir.
Ukrayna hərbi komissarları qalanlarına isə sözün əsl mənasında reydlər keçirirlər.
Qeyd edək ki, Hərbi komissarların sevimli ov yerləri ticarət mərkəzləri, kinoteatrlar və ictimai nəqliyyat dayanacaqlarıdır.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB