Cənubi Koreya Afrika ölkələri ilə bir çox sahələrdə əməkdaşlığı gücləndirməyi hədəfləyir.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, Cənubi Koreya Xarici İşlər Nazirliyindən verilən məlumata görə, 4-5 iyun tarixlərində paytaxt Seulun ev sahibliyi edəcəyi Cənubi Koreya-Afrika Zirvəsindən əvvəl 40 Afrika ölkəsinin iştirakı ilə Xarici İşlər Nazirləri Toplantısı keçirilib.
Cənubi Koreyanın xarici işlər naziri Ço Tae-yul və Mavritaniyanın xarici işlər naziri Mohamed Salem Ould Merzouqun həmsədrliyi ilə keçən görüşdə əməkdaşlıq məsələləri müzakirə edilib.
Toplantıda böyük potensiala malik Afrikanın Cənubi Koreyanın bu gün və gələcəkdə mühüm tərəfdaşı olduğu vurğulanıb.
Nazir Ço Tae-yul Cənubi Koreya və Afrikanın qarşılıqlı təcrübələri paylaşa biləcəyini ifadə edərək "Güclərimizi birləşdirərək ortaq bir sinerji əldə edəcəyimizi düşünürəm”, - deyib
Xarici İşlər Nazirləri Toplantısı zamanı Mərakeş, Mozambik, Zimbabve və Kamerun kimi ölkələrlə əməkdaşlıq müqaviləsi imzalayan Cənubi Koreya naziri Namibiya, Nigeriya, Zimbabve, Mərakeş, Botsvana, Madaqaskar, Kamerun və Mavritaniyadan olan həmkarları ilə görüşüb.
Qeyd edək ki, Cənubi Koreyanın məqsədi Afrika ölkələri ilə ticarət, investisiya, infrastruktur, peşə təhsili, rəqəmsallaşma, elm, texnologiya və təhlükəsizlik kimi sahələrdə əməkdaşlığı gücləndirməkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB