Hindistan Ukrayna sammitinə yüksək səviyyəli rəsmilər göndərməyəcək

Hindistan Ukrayna sammitinə yüksək səviyyəli rəsmilər göndərməyəcək

...Hindistanın Ukrayna münaqişəsinin həlli üzrə iyunun 15-16-da İsveçrədə keçiriləcək sammitinə yüksək səviyyəli rəsmiləri göndərmək planı yoxdur.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə mənbələrə istinadən “The Hindustan Times” məlumat yayıb.

...Yeni Dehli baş nazir və ya xarici işlər naziri də daxil olmaqla yüksək səviyyəli liderlər tərəfindən təmsil olunmayacaq.

Bunu yazan nəşrin ehtimalına görə, Hindistanın İsveçrədəki konfransda iştirakı 2022-ci ildən Kopenhagen, Ciddə, Malta və Davosda Ukrayna məsələsi ilə bağlı əvvəlki dörd görüşlə eyni səviyyədə olacaq. O vaxt bu sammitlərin əksəriyyətində ölkəni Xarici İşlər Nazirliyinin katibi və ya Milli Təhlükəsizlik Müşavirinin müavini təmsil edirdi.

O da qeyd edilir ki, milli təhlükəsizlik üzrə müşaviri Ajit Doval 2023-cü ilin avqustunda Ciddədə keçirilən görüşdə iştirak etsə də, onun İsveçrəyə getməsi ehtimalı azdır.

Bundan əvvəl məlum olmuşdu ki, Avstraliyanı Ukrayna sammitində əlillik sığortası naziri Bill Şorten təmsil edəcək. Kiyevin israrlı tələblərinə baxmayaraq, Avstraliya Xarici İşlər Nazirliyi nazirin İsveçrədə keçiriləcək konfransa göndərilməsi qərarını müdafiə edib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə