...Astana Taliban hərəkatını (...Rusiyada qadağan olunmuş terror hərəkatı kimi tanınır(?) – A.B.) terrorçular siyahısından çıxarır.
SİA-nın əldə etdiyi məlumata görə, Qazaxıstan prezidenti bunu KTMT ölkələrinin parlamentlərinin spikerləri ilə görüşündə deyib.
Qeyd edək ki, onun sözlərini dövlət başçısının mətbuat xidməti də sitat gətirir.
Tokayevin sözlərinə görə, Əfqanıstanla ticarət, iqtisadi və maliyyə əlaqələrini gücləndirmək üçün Qazaxıstan üçün belə bir diplomatik addım lazımdır.
O vurğulayıb ki, Astana Əfqanıstan rejiminin uzunmüddətli amil olduğunu başa düşür.
Xatırladaq ki, mayın 27-də Rusiya Federasiyası Xarici İşlər Nazirliyi və Ədliyyə Nazirliyi prezident Vladimir Putinə “Taliban”ı terrorçu və ekstremistlər siyahısından çıxarmağı təklif etmişdi. Rusiya Xarici İşlər Nazirliyinin ikinci Asiya departamentinin direktoru Zamir Kabulovun sözlərinə görə, ikitərəfli münasibətləri gücləndirmək üçün “Taliban”ın gücünün tanınması lazımdır.
Yeri gəlmişkən, “Taliban” 2003-cü ildən Rusiyada terrorçu hərəkat kimi tanınır.
Onlar, yəni taliblər 2021-ci ildə prezident Cozef Baydenin qərarından, ABŞ ordusu ölkəni tərk etdikdən sonra Əfqanıstanda çevrilişlə hakimiyyəti ələ keçiriblər.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB