İsrail Qəzzada döyüşləri dayandıracaqmı?

İsrail Qəzzada döyüşləri dayandıracaqmı?

İsrailin baş naziri Benyamin Netanyahu anklavda saxlanılan girovları azad etmək üçün Qəzza zolağında hərbi əməliyyatları 42 gün müddətinə dayandırmağa hazır olduğunu bildirib. O, bundan sonra əməliyyatın davam etdiriləcəyinə aydınlıq gətirib.

“İsrail girovları geri qaytarmaq üçün hərbi əməliyyatları 42 gün müddətinə dayandıra bilər. Amma biz müharibəni dayandıra bilmərik. İranlılar və bütün düşmənlərimiz təslim olub-olmayacağımızı bilmək üçün bizə baxırlar. Çoxlu yalan xəbərlər yayılır”, - deyə cənab Netanyahu Knessetin (parlament) Xarici Əlaqələr və Müdafiə Komitəsində qapalı iclası zamanı bildirib, onun sözlərini “İsrail Hayom” qəzeti yazıb.

Bütün xəbərlər Facebook səhifəmizdə