Hakan Fidan Çindә sәfәrdәdir

Türkiyənin xarici işlər naziri Hakan Fidan çinli həmkarı, xarici işlər naziri Vanq Yinin dəvəti ilə Çinə səfər edib.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, Xarici işlər naziri Çinə səfəri çərçivəsində paytaxt Pekində "Center for China and Globalization" adlı düşüncə mərkəzinin proqramında iştirak edib.

Burada çıxış edən Hakan Fidan “Dəyişən dünya nizamında Türkiyə-Çin münasibətləri” mövzusunda çıxış edib.

Hakan Fidanın səfər çərçivəsində həmkarı Vanq Yi, həmçinin vitse-prezident Han Çinq və Çin Kommunist Partiyasının (ÇKP) Mərkəzi Siyasi və Hüquqi Məsələlər Komissiyasının sədri Çin Vinçinqlə görüşləri gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə