Meksika ilk qadın prezidentini seçdi

Meksika ilk qadın prezidentini seçdi

Meksikada keçirilən prezident seçkilərinin qalibi Klaudiya Şeynbaum elan edilib. SİA xəbər verir ki, bu barədə “Reuters” Milli Seçki İnstitutunun dərc etdiyi ilkin məlumatlara istinadən məlumat yayıb.

Şeynbaum Meksika hökumətinə rəhbərlik edən ilk qadın oldu. O, ölkənin hakim solçu Morena partiyasını təmsil edir. Onun rəqibi müxalifət partiyalarının ittifaqından olan başqa bir qadın namizəd Xochitl Galvez idi.

CNN xəbər verir ki, bu seçki Meksika tarixində ən böyük seçki olub. Ümumi seçkilərdə səs vermək üçün 98 milyondan çox seçici qeydə alınıb. Meksikalılar prezidentlə yanaşı, 20 min dövlət idarəsini də seçiblər.

Bu seçkilər zorakılığın yüksək səviyyəsi ilə seçildi. Onlarla siyasi xadim və namizəd cinayətkar təşkilatların qurbanına çevrilib.

Bütün xəbərlər Facebook səhifəmizdə