İsrail Suriyaya raket zərbələri endirdi

İsrail Suriyaya raket zərbələri endirdi

İsrail aviasiyası Suriyanın Hələb şəhəri yaxınlığındakı hərbi mövqelərə zərbələr endirib. SİA xəbər verir ki, bu barədə Suriyanın “Şam FM” radiostansiyası məlumat yayıb. Radiostansiyanın məlumatına görə, İsrail yerüstü hədəflərə raket zərbələri endirib, güclü partlayış səsləri eşidilib. Suriyanın hava hücumundan müdafiə sistemləri baraj atəşi açıb və bir neçə İsrail raketini vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə