Çin ABŞ-ı hərbi əlaqələrin sayını artırmağa dəvət edib

Çin ABŞ-ı hərbi əlaqələrin sayını artırmağa dəvət edib

Çin ABŞ-la hərbi sahədə əməkdaşlığa hazırdır və təmaslara açıqdır.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Çinin müdafiə naziri Dun Szyun bildirib.

...Bizim daha çox mübadilələrə ehtiyacımız var, çünki ordularımız arasında fərqlər var.

Bunu deyən Çinin müdafiə nazirinin sözlərinə görə, Pekin həmişə mübadilə və əməkdaşlığa açıq olub, lakin hər iki tərəfin bir-birini yarı yolda qarşılaması vacibdir.

Bəyanat iki ölkənin müdafiə nazirləri arasında il yarım ərzində ilk şəxsi danışıqlardan sonra - mayın 31-də Dun Sinqapurda Pentaqon rəhbəri Lloyd Ostin ilə görüşüb. Xatırladaq ki, Pekin və Vaşinqton hərbi idarələr arasında dialoqu 2022-ci ildə Amerika rəsmilərinin Tayvana səfərindən sonra dayandırmışdı.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə