Media Baydenin Ukrayna ilə bağlı “planını” açıqladı

Media Baydenin Ukrayna ilə bağlı “planını” açıqladı

ABŞ hakimiyyəti Ukraynadakı hadisələrin gələcək inkişafı üçün müxtəlif variantları nəzərdən keçirir. Onlardan biri münaqişənin dondurulmasıdır.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “The American Conservative” qəzeti yazır.

Medianın məlumatına görə, Bayden administrasiyası vəziyyəti növbəti seçkiyə qədər olduğu kimi saxlamaq üçün dondurulmağa meyllidir.

Kvinsi Məsuliyyətli Hökumət İnstitutunun Avrasiya proqramının rəhbəri Anatole Lieven mətbuata istinadən xəbər verir ki, o zaman "Ukrayna Trampın probleminə çevriləcək" və ya sülh yolu ilə həllin mümkünlüyü nəzərdən keçiriləcək.

Nəşr əlavə edir ki, ABŞ indi münaqişənin Rusiyanın kəskin reaksiya verə biləcəyi həddə çatmasının qarşısını almağa çalışır.

Bundan əvvəl Kreml NATO ölkələrinin Ukraynanı münaqişəni davam etdirmək üçün təhrik etdiyini qeyd edib və bunun nəticələri barədə xəbərdarlıq edib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə