...Fövqəladə hadisə Primorsk diyarının Naxodka şəhərində baş verib. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Primorsk diyarının Daxili İşlər Nazirliyi Telegram-da xəbər verir ki, taksidən altı aylıq körpə tapılıb.
Sürücünün dediyinə görə, qucağında körpə uşağı olan qadın taksiyə sərnişin kimi minib. Yaşayış binalarının birinin həyətində avtomobili saxlamağı xahiş edən qadın, 10 dəqiqəyə qayıdacağını deyərək maşından düşüb və...o gedən olub.
Taksidə xeyli vaxt qadını gözləyən sürücü nəhayət polisə müraciət etməli olub.
Körpə uşaq evinə təhvil verilib.
Qeyd edək ki, polis, uşağı atıb qaçan qadını meşə massivində tapıb. Qadın polis şöbəsinə aparılıb. Körpəyə onun kim olduğu məlum deyil. Faktla bağlı araşdırma aparılır.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB