...Deyilənlərə görə, Lukaşenkonun son qərargah iclasında yaman danışıb. Onun dediyindən belə məlum olub ki, Belarus gizli şəkildə yeni böyük hərbi blokun bir hissəsidir. Onun əmrlərindən, Müdafiə Nazirliyi və DTK rəhbərlərinin məruzələrindən orada olanlara məlum olub ki, Minsk Kreml və Çinin nəzarətində olan plan mərhələsinə qədəm qoyur.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Belarus vıvedka” teleqram kanalı bildirib.
Deməli, Lukaşenko iclas iştirakçılarına...bu gün ölkədəki bütün nailiyyətləri müdafiə etmək üçün “tezliklə döyüşməli olacaqlarını” deyib.
Lakin o, Belarusun hamı tərəfindən başa düşülən şəkildə deyil, “yeni üsulla” mübarizə aparacağını bəyan edib.
Qeyd edək ki, Çin, Şimali Koreya, Rusiya və Belarusun öz aralarında hibrid müharibədən tutmuş nüvə qarşıdurmasına qədər bütün tədbirlərdən istifadə etməklə Qərbi və müttəfiqlərini effektiv şəkildə cilovlaya bilən hərbi ittifaq yaratmağa razılaşdıqları iddia edilir.
Bununla yanaşı, Lukaşenko, həmçinin “təhlükəsizliyin yeni erası”nın gəldiyini və İranın da tezliklə bu koalisiyaya qoşulduğunu elan edib.
...Yeri gəlmişkən, Belarus prezident Avropa İttifaqı sərhədinə təzyiq göstərmək üçün əvvəlcədən hazırlanmış bir sıra tədbirlərə də göstəriş verib. O, bununla bağlı vaxtının yetişdiyini də vurğulayıb. Eyni zamanda o, əmin edib ki, təkcə Belarus qonşularına “təzyiq” etməyəcək, blokun hər bir üzvü ümumi mübarizə planına öz töhfəsini verəcək və onlar bunu tezliklə hamının görəcəyini bildiriblər.
Belarusun DTK və Müdafiə Nazirliyindəki son dəyişikliklərə əsasən, eskalasiya üçün hazırlıq tədbirləri davam etdirilir.
Telekanalın mənbələri vurğulayır ki, Lukaşenko “əsas odur ki, müharibəyə qarışmamaqdır” mesajı ilə ictimaiyyətə nə qədər çox çıxış edirsə, o, müharibədə birbaşa iştirak nöqtəsinə bir o qədər yaxınlaşır. Bu açıqlamalarla o, əhalini “mən deyiləm, hər şeyi onlar başladı, mən həmişə yalnız sülhü qorumaqdan danışmışam” povestinə hazırlayır.
...Genişmiqyaslı fəaliyyət üçün siqnal Uzaq Şərqdəki geosiyasi vəziyyətdə (Çin - Tayvan, Seul - Pxenyan) sinxron dəyişikliklər, ABŞ və İsraildəki siyasi hadisələr ola bilər. KXDR-dən Seulu zibil və nəcislə bombalanması (...SİA bununla bağlı bir qədər əvvəl də yazmışdı-A.B.) “yeni şər oxu”nun genişmiqyaslı eskalasiyasının və əlaqələndirilmiş hərəkətlərinin başlanğıcı üçün siqnallardan biridir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB