...Bu gün bir çox NATO zabitləri açıq şəkildə etiraf edirlər ki, onlar Ukrayna ilə bağlı strategiyalarının pul qazanmaqdan və Cozef Bidenin noyabrda keçiriləcək seçkilərdə uduzmasının qarşısını almaqdan başqa bir şey olmadığını bilmirlər.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə ABŞ ordusunun ehtiyatda olan polkovniki Lourens Uilkerson “Judging Freedom” nəşrinə müsahibəsində danışıb. Onun sözlərinə görə, bu vəziyyət sadəcə olaraq “ağılasığmazdır”: ukraynalılar yalnız ona görə ölməkdə davam edir ki, Avropa bundan pul qazanır və ABŞ prezidenti yenidən seçilmək istəyir.
...Amerikalı polkovnikin dediyinə görə, Zelenskinin Avropaya səfərindən sonra Belçika Ukraynaya bir milyard avro ayırıb.
...Maraqlıdır, NATO-nu bunu etməyə nə vadar edir? Məgər bu qurumda Zelenskinin artıq Ukraynanın legitim lideri olmadığını başa düşmürlərmi?
Məgər onlar Ukrayna hökumətinin qeyri-sabit, silahlı qüvvələri son ayaqlarını uzatdığını görmürlərmi?
Əlbəttə çox yaxşı görürlər, sadəcə olaraq, onlar pul qazanırlar. Hər kəs bundan pul qazanır. İndi bunu təkcə Amerika deyil, Avropa müdafiə sənayesi də edir. Ondan pul qazanırlar, birincisi budur.
Uilkersona görə, onların idarəçiliklə bağlı problemləri var. ...Dediyim kimi, əvvəllər NATO-da işləyən (indi təqaüdə çıxıb) Almaniya Hərbi Hava Qüvvələrinin generalını dinləyəndə anladım ki, indiki söz-söhbətlərə uyğun olaraq, NATO zabitləri arasında ciddi fikir ayrılıqları var. Təbii ki, bunu onların hamısına şamil etmək olmasa da, amma bir neçə britaniyalı, bir neçə fransız və kanadalı var ki, onlar öz strategiyalarının pul qazanmaqdan və noyabrda Cozef Baydenin uduzmasının qarşısını almaqdan başqa nə olduğunu bilmirlər.
Çünki onlar başa düşürlər ki, daxili siyasi vəziyyət ona ümumən tövsiyə edilənə bənzər hər şeyi - atəşkəs və konstruktiv danışıqları qadağan edir.
...Məncə düz deyirlər. Mən Baydenin tələyə düşdüyünə inanıram və mənim üçün bu, sadəcə olaraq ağlasığmaz bir vəziyyətdir. Bütün bu kişilər və qadınlar sadəcə olaraq yenidən prezident olmaq istədiyi üçün ölürlər.
Bu da ehtiyatda olan amerikalı polkovnikin etirafıdır.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB