...Minə yaxın ukraynalı qaçqın Norveçdən qovulacaq.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə Norveçin NRK telekanalı ölkənin Ədliyyə Nazirliyinin bəyanatına istinadən məlumat yayıb.
Bildirilir ki, deportasiyaya məruz qalanlardan 370 nəfəri hərbi yaşda olan kişilərdir.
Departament qeyd edib ki, orduya çağırış və hərbi əməliyyatlarla bağlı xidmət Norveçdə sığınacaq verilməsi üçün əsas vermir.
Nəşr vurğulayır ki, qaçqınlar üçün qaydalar "sərtləşib" - indi Osloda hər bir müraciətə fərdi baxılır, baxmayaraq ki, əvvəllər "kollektiv müdafiə" üçün müraciətlər kütləvi şəkildə qəbul edilirdi.
Yeri gəlmişkən, bundan əvvəl Almaniya öz vətənlərində hərbi xidmət keçməli hesab edilən ukraynalı qaçqınlara müavinətlərin ödənilməməsinə çağırıb.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB