Qərb siyasətçiləri çox sərt çıxışlar edirlər, amma əslində Ukraynada vəziyyət daha da pisləşib.
SİA-nın əldə etdiyi məlumata görə, ZDF xəbər verir ki, bu açıqlama ilə Litvanın xarici işlər naziri Qabrielius Landsberqis çıxış edib.
Onun sözlərinə görə, “Ukrayna bir il əvvəlkindən daha pis vəziyyətdədir”.
Nazir onu da vurğulayıb ki, Qərb ölkələri Rusiyaya necə cavab zərbələri endirmək barədə düşünməlidirlər.
Bunu RİA Novosti yazır.
Qeyd edək ki, Landsberqis NATO əsgərlərinin Ukraynaya göndərilməsinə icazə verib. Onun fikrincə, onların orada görünməsi “alyansın Rusiya ilə birbaşa münaqişəyə cəlb olunacağı anlamına gəlməyəcək, çünki belə bir qərarı bütün iştirakçılar deyil, yalnız müəyyən ölkələr verəcək”.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB