Qadağan etmək istəyirdi, indi özü onun qeydiyyatından keçir...

Qadağan etmək istəyirdi, indi özü onun qeydiyyatından keçir...

Yeni müddətə namizədliyini irəli sürən ABŞ-ın keçmiş prezidenti Donald Tramp Ağ Evin rəhbəri olduğu müddətdə milli təhlükəsizlik səbəbi ilə qadağan etməyə çalışdığı TikTok sosial şəbəkəsində qeydiyyatdan keçib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, qeydiyyatdan keçdikdən bir neçə saat sonra Tramp 1,3 milyondan çox izləyici toplayıb.

...Təbii ki, qısa video platformaya qoşulmaq qərarı keçmiş Respublikaçı prezidentə bazasını daha gənc seçicilər üçün genişləndirməyə kömək edə bilər.

“Reuters” qeyd edir ki, ABŞ-da noyabrın 5-nə təyin edilmiş prezident seçkiləri ərəfəsində Tramp hazırkı prezident, demokrat Cozef Baydenlə sıx rəqabət aparır.

Donald Tramp ilk videonu iyunun 1-i axşam TikTok hesabında yerləşdirib.

Kadrlarda siyasətçinin Nyu-Cersi ştatının Nyuark şəhərində keçirilən UFC güləş turniri zamanı pərəstişkarlarını salamlaması əks olunub.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə