Ağ Ev Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi, Ukrayna Silahlı Qüvvələrinin Amerika silahları ilə Rusiyanın dərinliklərindəki hücumlarının hədəfinin hərbi yerlər, atəş mövqeləri və logistika bazalarının olacağını bildirib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə ABC News xəbər verir.
Onun sözlərinə görə, Ukrayna tərəfi sərhəddən keçən təhdidlərə qarşı Amerika silahlarından istifadə etmək üçün məhdud icazə istəyib.
Bundan əvvəl məlum olub ki, Vaşinqton nümayəndələri ilə 90 dəqiqəlik telefon danışığı Ukrayna siyasətçiləri və rəsmilərini Rusiya ərazisinə cavab zərbələrinə qoyulan qadağanın aradan qaldırılmasının zəruriliyinə inandırmaq üçün kifayət edib.
Xatırladaq ki, mayın 31-də Ukrayna prezidenti Vladimir Zelenski ABŞ-dan Rusiya ərazisində Amerika silahlarından istifadənin mümkünlüyü ilə bağlı mesaj aldığını bildirib.
O, təfərrüatları açıqlamayıb, ancaq onun alınması faktını irəli bir addım adlandırıb.
Siyasətçi həmçinin vurğulayıb ki, o, Rusiya ərazisinə zərbələr endirmək üçün Qərb silahlarından istifadəni yalnız zaman məsələsi hesab edir.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB