Putin Özbəkistandan gələn meyvələri yüksək qiymətləndirib

Putin Özbəkistandan gələn meyvələri yüksək qiymətləndirib

Rusiya prezidenti Vladimir Putin Daşkənddə Özbəkistanın başçısı Şavkat Mirziyoyev ilə danışıqlardan əvvəl respublikanın kənd təsərrüfatı naziri İbrohim Abduraxmonova dadlı meyvələrə görə təşəkkür edib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, görüntülər federal televiziya kanalında nümayiş etdirilib. ...Meyvəyə görə təşəkkür edirəm, prezident onu mənə göndərir. Çox dadlıdır.

Rusiya lideri qeyd edib.

Xatırladaq ki, Putin mayın 26-28-də Özbəkistanda dövlət səfərində olub. Bu səfər nəticəsində ölkələr arasında 20 milyard dollardan çox yeni layihələrə dair müqavilələr imzalanıb.

Məlumdur ki, Rusiya Özbəkistanın iqtisadiyyatına demək olar ki, doqquz milyard dollar sərmayə qoyub: minlərlə müştərək müəssisə fəaliyyət göstərir, Almalıq mədən-metallurgiya kombinatının bazasında mis emalı zavodu tikilir.

Rusiya və Özbəkistan həmçinin kiçik nüvə reaktorları ilə Rusiya layihəli Atom Elektrik Stansiyasının (AES) yaradılması və qaz-kimya kompleksi layihəsi üzrə müqavilə üzərində işləyirlər.

İqtisadi əlaqələrlə yanaşı, humanitar təşəbbüslər də fəal inkişaf edir. Xüsusilə, özbək məktəblərində rus dilinin keyfiyyətinin artırılması layihəsinə start verilib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə