Mahmud Əhmədinejad yenidən İran prezidenti olmaq istəyir..?

Mahmud Əhmədinejad yenidən İran prezidenti olmaq istəyir..?

Bazar günü İranın keçmiş prezidenti Mahmud Əhmədinejad növbədənkənar prezident seçkilərində namizədliyini irəli sürəcəyini açıqlayıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri İSNA agentliyi yayıb.

...Keçmiş prezident Mahmud Əhmədinejadın seçki qərargahında olması və qeydiyyatı xəbərlərin əsas mövzusuna çevrilib. İran mediası Mahmud Əhmədinejadın prezident seçkilərində qeydiyyatdan keçmək üçün qərargaha daxil olmasının videosunu da yayıb.

Bu barədəd agentlik yazıb.

Xatırladaq ki, Mahmud Əhmədinejad İranın altıncı prezidenti olub. İranda prezident İbrahim Rəisinin təyyarə qəzasında ölməsindən sonra növbədənkənar prezident seçkiləri təyin edilib.

Artıq ondan çox namizəd qeydə alınıb. Onların arasında parlament üzvləri, nazirlər, Tehran meri və İslam İnqilabı Keşikçiləri Korpusunun keçmiş komandanı da var.

...İranda seçkilər iyunun 28-də keçiriləcək.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə